• Bakı 16° C

    1.87 m/s

Pezeşkian: Bizi öldürməyə çalışırlar

DÜNYA

13 Sentyabr 2026 | 21:13 | Müəllif: Gülşən Şərif

Pezeşkian: Bizi öldürməyə çalışırlar

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi siyasəti tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, Pezeşkian bu barədə “İndia Today”ə müsahibəsində danışıb.

İran liderinin sözlərinə görə, ABŞ region ölkələrinə silah və raketlər satmaqla onları qorxu içində saxlamağa və öldürməyə çalışır.

Pezeşkian hesab edir ki, Vaşinqtonun bu siyasəti Yaxın Şərqdə gərginliyin daha da yüksəlməsinə və dövlətlər arasında qarşıdurmanın dərinləşməsinə şərait yaradır.

İran prezidenti region ölkələrinin xarici müdaxilələrə qarşı birgə mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. O, təhlükəsizlik sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsini zəruri hesab etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026