• Bakı 13° C

    1.45 m/s

Oyun zamanı infarkt keçirdi

DÜNYA

24 Oktyabr 2026 | 20:41 | Müəllif: Günəş Mərd

Oyun zamanı infarkt keçirdi

Türkiyədə keçirilən futbol qarşılaşmasında həyəcanlı anlar yaşanıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda II turun oyunları çərçivəsində “Arıt Kayadıbispor” və “Gençlik Mimar Sinan Spor” komandaları Bartın Atatürk stadionunda qarşılaşıblar.

“Arıt Kayadıbispor”un 1:0 hesabı ilə öndə olduğu matçın 90+3-cü dəqiqəsində “Gençlik Mimar Sinan Spor”un 35 yaşlı futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək yerə yıxılıb.

Meydanda infarkt keçirdiyi bəlli olan təcrübəli futbolçu dərhal xəstəxanaya çatdırılaraq angioqrafiya olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026