• Bakı 14° C

    2.96 m/s

Sabahın havası AÇIQLANIB

CƏMİYYƏT

25 Oktyabr 2026 | 12:36 | Müəllif: Zeynəb Rzayeva

Sabahın havası AÇIQLANIB

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15, gündüz 17-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026