• Bakı 14° C

    1.72 m/s

Türkiyədə keçmiş AKP-li deputat həbs edildi

SİYASƏT

25 Oktyabr 2026 | 18:16 | Müəllif: Əli Hüseynov

Türkiyədə keçmiş AKP-li deputat həbs edildi

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən kapital bazarlarında aparılan əməliyyatlarla bağlı həyata keçirilən “fond təhqiqatı” çərçivəsində saxlanılan keçmiş AK Partiya deputatı və araşdırma şirkətinin təsisçisi Ertan Aydın haqqında həbs qərarı çıxarılıb.

Bakıvaxtı.az “TRT Haber”ə istinadla xəbər verir ki, məhkəmənin daha əvvəl sabiq deputat barəsində çıxardığı məhkəmə nəzarəti qərarına prokurorluq tərəfindən rəsmi etiraz edilib.

Prokurorluğun etirazını dəyərləndirən məhkəmə heyəti E. Aydın haqqında həbs qətimkan tədbirinin seçilməsinə və onun barəsində həbs qərarı çıxarılmasına hökm edib.

Məlumat üçün bildirək ki, daha əvvəl prokurorluq Ertan Aydının həbs edilməsini tələb etsə də, sülh cəza hakimliyi onun barəsində “yaşayış yerini tərk etməmək” (ev həbsi) və “ölkədən çıxış qadağası” şərti ilə məhkəmə nəzarəti qərarı verərək sərbəst buraxmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026