• Bakı 12° C

    1.05 m/s

Husilərdən ZƏRBƏ

DÜNYA

25 Oktyabr 2026 | 22:24 | Müəllif: Əli Hüseynov

Husilərdən ZƏRBƏ

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və ölkənin cənubundakı hərbi bazalara ballistik raketlərlə hücum etdiyini iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, husilər onlarla ballistik raketdən istifadə etməklə üç hərbi əməliyyat həyata keçiriblər.

Səriə bildirib ki, hücumların hədəfi Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, Xamis-Muşayt şəhərindəki hərbi hava bazası və Cizandakı sərhəd qoşunlarının hərbi dəniz bazası olub.

Husilərin nümayəndəsi beynəlxalq aviaşirkətləri və sərnişinləri Ər-Riyad hava limanından istifadə etməməyə çağırıb. O, hava limanının təhlükəsiz olmadığını iddia edib.

Hücumların nəticələri, dağıntılar və mümkün itkilər barədə hələlik müstəqil təsdiqlənmiş məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026