Ferrmentləşdirilmiş qidalar tərkibindəki probiotiklər və postbiotiklər sayəsində bağırsaq sağlamlığının qorunmasına kömək edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “SberZdorovye” tibb şirkətinin qastroenteroloqu Natalya Motyleva RT-yə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, bu maddələr bağırsaqların normal fəaliyyətini dəstəkləyir. Kefir və ryajenka kimi fermentləşdirilmiş süd məhsulları şişkinlik, qarın ağrısı və ağırlıq hissi kimi narahatlıqların azalmasına kömək edə bilər.
Motyleva qeyd edib ki, kimçi, turş kələm, tempeh və mayalı çörək kimi digər fermentləşdirilmiş qidalar da bağırsaqdakı faydalı bakteriyaların müxtəlifliyini dəstəkləyə bilər.
Probiotiklər canlı mikroorqanizmlər, postbiotiklər isə mikroorqanizmlərin fəaliyyəti nəticəsində yaranan faydalı maddələrdir.
















