• Bakı 14° C

    1.72 m/s

Britaniya müdafiəyə əlavə milyardlarla funt sterlinq ayırmağı planlaşdırır

DÜNYA

25 Oktyabr 2026 | 18:51 | Müəllif: Əli Hüseynov

Britaniya müdafiəyə əlavə milyardlarla funt sterlinq ayırmağı planlaşdırır

Böyük Britaniya hökuməti ölkənin ümumi daxili məhsulunda (ÜDM) hərbi xərclərin payını artıraraq müdafiə ehtiyaclarına əlavə milyardlarla funt sterlinq ayırmaq niyyətindədir.

Bakıvaxtı.az "The Sunday Times" qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Con Hilinin oktyabrın 28-də 2027-ci ilin büdcə layihəsinin təqdimatı zamanı müvafiq bəyanatla çıxış edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, əlavə maliyyələşmənin əsas alıcıları pilotsuz uçuş aparatlarının istehsalçıları və hərbi texnologiyaların işlənib hazırlanması ilə məşğul olan şirkətlər olacaq.

Ehtimal edilir ki, yeni xərclər digər istiqamətlər üzrə maliyyələşmənin ixtisarı hesabına deyil, uzunmüddətli dövlət borclanmaları hesabına qarşılanacaq.

Qəzet qeyd edib ki, bu qərar Böyük Britaniyanın ÜDM-də müdafiə xərclərinin payının artmasına gətirib çıxaracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026