• Bakı 13° C

    1.18 m/s

Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - YENİLƏNİB

HADİSƏ

25 Oktyabr 2026 | 00:19 | Müəllif: Günəş Mərd

Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - YENİLƏNİB

Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. Ü.Abdullayev Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

***

23:35

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, iki nəfər bıçaqlanıb, onlardan biri hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

    Ona dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Oktyabr 2026
    24 Oktyabr 2026