• Bakı 14° C

    1.72 m/s

"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub

DÜNYA

25 Oktyabr 2026 | 18:19 | Müəllif: Əli Hüseynov

"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub

Hörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.

Bakıvaxtı.az bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.

"İlkin məlumatlar Hörmüz boğazında partlayış barədə xəbər verir. Bu partlayış gəmi əleyhinə qanadlı raketin atılması nəticəsində baş verib", - agentlik "BeamTracker Military OSINT"dən sitat gətirib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Lakin "Fars" agentliyinin dərc etdiyi insidentlə bağlı UKMTO hələ məlumat yaymayıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026