• Bakı 13° C

    1.45 m/s

Bəqai: ABŞ birtərəfli tələblərindən əl çəkmir

DÜNYA

25 Oktyabr 2026 | 19:39 | Müəllif: Əli Hüseynov

Bəqai: ABŞ birtərəfli tələblərindən əl çəkmir

ABŞ hökuməti İranla danışıqlarda birtərəfli tələblərindən əl çəkmir.

Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Almaniyanın ARD telekanalına açıqlayıb.

"Biz danışıqlar masasını heç vaxt tərk etməmişik. Eyni zamanda, torpaqlarımızı müdafiə etməyə tam hazır olmuşuq. Mesajlar vasitəçilər vasitəsilə ötürülməkdədir. Amma problem ondadır ki, görünür, Amerika öz birtərəfli tələblərində israr və təkid edir", - Bəqai bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail İrana qarşı öz təcavüzkar davranışlarını davam etdirmək üçün hələ də bütün regiondan sui-istifadə edir.

İran XİN sözçüsü vurğulayıb ki, Tehran ərazi bütövlüyü, milli təhlükəsizlik və xalqı qorumaq üçün lazımi tədbirlər görür.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma bağlamaq və İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirmək arasında seçim etməli olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026