• Bakı 14° C

    2.62 m/s

Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA

DÜNYA

25 Oktyabr 2026 | 14:14 | Müəllif: Zeynəb Rzayeva

Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA

ABŞ prezidenti Donald Trampın Moskvaya mümkün səfəri hələlik müzakirə olunmur. Hazırda diqqət noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçiriləcəyi Çinin Şençjen şəhərində mümkün təmaslara yönəlib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə müsahibəsində bildirib.

“Hazırda bu barədə söhbət getmir, indi hamı Şençjenə diqqət yetirir”, – deyə Kreml nümayəndəsi Trampın Rusiyanın paytaxtına mümkün səfəri ilə bağlı suala cavabında bildirib.


Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin avqustunda Alyaskada keçirilən Rusiya-ABŞ sammiti zamanı amerikalı lideri Moskvaya dəvət edib.

APEC sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək. Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Çin tərəfinin Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və Tramp arasında mümkün görüşə hazırlaşdığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026