• Bakı 17° C

    2.58 m/s

Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər

SİYASƏT

24 Oktyabr 2026 | 12:38 | Müəllif: Subhan Mahmudov

Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Saidov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Görüşdə XİN başçıları ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

"Bakıda Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşməkdən məmnun oldum. İkitərəfli gündəliyə dair əsas məsələləri müzakirə etdik və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların vaxtında və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq", - Özbəkistan XİN başçısı yazıb.

Xatırladaq ki, dünən Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycanda səfərdə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026