• Bakı 17° C

    2.25 m/s

Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı

HADİSƏ

23 Oktyabr 2026 | 18:47 | Müəllif: Subhan Mahmudov

Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.

Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR