• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Astarada 5 kənd qazsız qalıb - YENİLƏNİB

HADİSƏ

22 Noyabr 2026 | 11:38 | Müəllif: Günəş Mərd

Astarada 5 kənd qazsız qalıb - YENİLƏNİB

Astarada 5 kəndin qaz təchizatının dayandırılmasına səbəb olan yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarından keçən qaz xəttinə çırpılıb. Qaz xəttinin zədələnməsi səbəbindən 5 kəndin qaz təchizatında fasilə yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

11:08

Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.

Bakıvaxtı.az APA-ya istinadən, hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

    Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026