• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

 Pokatilovun TİTULU

İDMAN

26 Noyabr 2026 | 09:20 | Müəllif: Əli Hüseynov

Pokatilovun TİTULU

"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır.

Bakıvaxtı.az məlumatına görə, 33 yaşlı qolkiper 5 turda 31 "seyv"lə yadda qalıb.

"Bayquşlar"ın kapitanı bu göstəricidə bütün rəqiblərini geridə qoyub.

Xatırladaq ki, "Sabah" ötən gün turnirin Liqa mərhələsinin V turunda Bakıda İspaniya təmsilçisi "Barselona"ya uduzub - 1:4.

Daha əvvəl İngiltərənin "Mançester Yunayted" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) və Norveçin "Vikinq" (1:4) klublarına məğlub olan Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə üstələyib.

"Sabah" növbəti oyununu dekabrın 8-də səfərdə "Vilyarreal"a (İspaniya) qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026