Tanınmış müğənni Nəfəsin ailəsində bir neçə gün əvvəl yaşanan ağır hadisə ölümlə nəticələnib.
Bakıvaxtı.az xəbər verir ki, müğənninin Türkiyənin İzmir şəhərində xəstəxanada müalicə alan ögey atası dünyasını dəyişib.
Bu barədə müğənni Nəfəsin bacısı, müğənni Fatimə Məmmədli Expressxeberler.az-a məlumat verib.
Xatırladaq ki, iki gün əvvəl Fatimə Məmmədli atasının mədə xərçəngindən əziyyət çəkdiyini, vəziyyətinin ağırlaşdığını və beyin ölümünün baş verdiyini bildirmişdi. Həmin vaxt həkimlər ailəyə onun həyatını itirə biləcəyi ilə bağlı iki gün ərzində gözlənilən hadisələrə hazır olmağı tövsiyə etmişdilər.
Fatimə daha əvvəl paylaşımında həmin şəxsin onun və bacı-qardaşlarının doğma atası olmasa da, onlara heç vaxt atasızlıq hiss etdirmədiyini vurğulamışdı.
















