Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 25-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.
Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsinin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi olduğu bildirilib.
Görüşdə ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
















