İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe klubun tarixinin ən sərrast futbolçuları siyahısında əfsanəvi braziliyalı Ronaldo Nazariunu geridə qoyub.
Bakıvaxtı.az xəbər verir ki, fransalı forvard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV ilə keçirilən görüşdə (5:1) iki qol vurub.
Bununla da Mbappenin Madrid klubunun heyətində vurduğu qolların sayı 105-ə çatıb. O, bu göstərici ilə “Real”ın bombardirləri siyahısında 19-cu pilləyə yüksəlib və 104 qolu olan Ronaldo Nazariunu qabaqlayıb.
Qeyd edək ki, “Real”ın tarixində ən çox qol vuran futbolçu Kriştianu Ronaldudur. Portuqaliyalı ulduz Madrid təmsilçisinin heyətində 450 dəfə fərqlənib.
















