• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu il "Qocalar evi"nə neçə nəfər yerləşdirilib?

CƏMİYYƏT

25 Noyabr 2026 | 10:42 | Müəllif: Gülşən Şərif

Bu il "Qocalar evi"nə neçə nəfər yerləşdirilib?

Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda dövlət himayəsində 209 ahıl şəxs yaşayır.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, sakinlərdən 106-sı kişi, 103-ü isə qadındır. Bu il ərzində müəssisəyə 9-u kişi, 6-sı qadın olmaqla, ümumilikdə 15 nəfər qəbul edilib.

Məlumatda qeyd olunub ki, müəssisədə ahıl şəxslərə stasionar formada xidmət göstərilir. Sakinlərin fərdi ehtiyacları nəzərə alınmaqla sosial iş və sosial reabilitasiya tədbirləri həyata keçirilir. Onlar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb olunurlar.

Bununla yanaşı, müəssisədə ahılların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar təşkil edilir. Eləcə də onların idman yarışlarında, gimnastika məşğələlərində və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin olunur.

"Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir" - məlumatda vurğulanıb.

Qeyd edilib ki, ahıl şəxslərin sosial rifahının artırılması və onların cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026