• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Andrey Çibis 2 ay müddətinə həbs edildi

DÜNYA

25 Noyabr 2026 | 14:37 | Müəllif: Əli Hüseynov

Andrey Çibis 2 ay müddətinə həbs edildi

Murmansk vilayətinin qubernatoru Andrey Çibis barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunan Murmansk vilayətinin qubernatoru Çibis 23 noyabrda Moskvada həbs edilib. O, bir sıra cinayətlərdə ittiham olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, ittihamlar Murmansk vilayətinin Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan çox vəsaitin mənimsənilməsi, eləcə də Apatiti-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün ayrılmış regional Nəqliyyat Nazirliyinin büdcəsindən 1 milyard rubldan çox vəsaitin mənimsənilməsi və qanunsuz valyuta əməliyyatları ilə bağlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR