• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Almatıda fərdi evdə yanğın: 5 nəfər öldü

DÜNYA

26 Noyabr 2026 | 09:33 | Müəllif: Əli Hüseynov

Almatıda fərdi evdə yanğın: 5 nəfər öldü

Qazaxıstanın Almatı şəhərində baş verən yanğın nəticəsində biri azyaşlı olmaqla beş nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "Zakon.kz" nəşri şəhərin Fövqəladə Hallar Departamentinə istinadən məlumat yayıb.

Yanğın noyabrın 26-na keçən gecə şəhərin Bostandık rayonunda baş verib.

"Hadisə yerində biri azyaşlı olmaqla beş nəfərin meyiti aşkarlanıb", - qurumdan bildirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026