• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili

SİYASƏT

26 Noyabr 2026 | 00:51 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili

Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır və iki ölkə uzun illərdir regionda mühüm layihələri birgə həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki,  bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ölkənin Birinci Kanalda (1tv.ge) yayımlanan "Günün mövzusu" proqramında bildirib. Onun sözlərinə görə, müasir şəraitdə qlobal çağırışlar və mövcud geosiyasi kontekst fonunda Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı dinamikaya və əməkdaşlıq potensialına daha böyük əhəmiyyət verilir.

Boçorişvili qeyd edib ki, iki ölkənin mövcud geosiyasi kontekstdə daha yaxşı təmsil olunması üçün müntəzəm fikir mübadiləsinin aparılması və müxtəlif məsələlər üzərində daim işlənilməsi vacibdir.

"Azərbaycanla strateji tərəfdaşlığımız məzmunca çox zəngindir. Bu tərəfdaşlıq intensiv siyasi dialoqu da əhatə edir. Bu il bir sıra yüksəksəviyyəli dövlət səfərləri həyata keçirilib. Azərbaycan Prezidenti Gürcüstana, Gürcüstanın Baş naziri isə Azərbaycana rəsmi səfər edib. Həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana səfərləri olub və iki ölkənin müxtəlif sahələr üzrə nazirləri arasında qarşılıqlı səfərlər davam edir", - deyə Boçorişvili bildirib.

Xarici işlər naziri vurğulayıb ki, Gürcüstan-Azərbaycan siyasi dialoqu konkret layihələri, regiondakı mövcud vəziyyəti və iki ölkə arasında əməkdaşlığın potensialını əhatə edir.

Onun sözlərinə görə, nəqliyyat dəhlizinin inkişafı, enerji resurslarının tranziti və digər sahələrdə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

"Bütün bunlar Orta Dəhlizin inkişafı üçün perspektiv yaradır və bu, çox vacibdir", - Boçorişvili əlavə edib./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026