• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

On ayda 42 mindən çox uşağa...

İQTİSADİYYAT

26 Noyabr 2026 | 11:08 | Müəllif: Əli Hüseynov

On ayda 42 mindən çox uşağa...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-oktyabr aylarında 42360 uşağa xidmətlər göstərilib.

ƏƏSMN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan əlilliyi olan 1952 uşaq stasionar, 25314 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

    Bildirilib ki, bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026