• Bakı 17° C

    4.03 m/s

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

DÜNYA

24 Oktyabr 2026 | 09:07 | Müəllif: Subhan Mahmudov

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

ABŞ-nin Tennessi ştatında Krista Paykın ölümcül inyeksiya ilə uğursuz edam cəhdindən sonra yeni iddia irəli sürülüb. Məhbusun vəkilinin bildirdiyinə görə, prosedur zamanı onun damarını tapmaq üçün 10 iynədən istifadə edilib və damarın yırtılmış ola biləcəyi gündəmdədir.

Bakıvaxtı.az “Guardian”a istinadən xəbər verir ki, damar tapmaq cəhdləri təxminən 49 dəqiqə davam edib.

Qeyd edək ki, sentyabrın 30-da Payka iki doza ölümcül dərman verilsə də, onun ürəyi dayanmayıb. Xəstəxanada 10 gün müalicə aldıqdan sonra həbsxanaya qaytarılan məhbus hazırda danışa və yeriyə bilir. Lakin onun səhhətinin uzunmüddətli vəziyyəti məlum deyil.

Payk 1995-ci ildə, 18 yaşında olarkən sinif yoldaşı Kollin Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.

Hadisədən sonra Tennessi qubernatoru Bill Li araşdırma aparılmasını tapşırıb. İstintaq müddətində ştatda ilin sonuna qədər planlaşdırılan bütün edamlar dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026