• Bakı 17° C

    1.89 m/s

İstirahət günlərində yağış yağacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

23 Oktyabr 2026 | 16:08 | Müəllif: Əli Hüseynov

İstirahət günlərində yağış yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR