• Bakı 16° C

    2.86 m/s

Rusiyanı ittiham ETDİ 

DÜNYA

23 Oktyabr 2026 | 15:18 | Müəllif: Əli Hüseynov

Rusiyanı ittiham ETDİ

Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı günahlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TVR Info” xəbər yayıb.

    “Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir”, - Rumıniya Prezidenti bildirib.

    Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Xoriv" (Khoryv) adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır. Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.

    Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə gəminin vurulduğunu açıqlayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Oktyabr 2026