• Bakı 16° C

    2.51 m/s

"Bavariya"nın baş məşqçisi xəstəxanaya yerləşdirildi

İDMAN

23 Oktyabr 2026 | 21:00 | Müəllif: Subhan Mahmudov

"Bavariya"nın baş məşqçisi xəstəxanaya yerləşdirildi

Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Vensan Kompani məşqdən sonra özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılıb.

Bakıvaxtı.az “Skay Sports.de” saytına istinadən xəbər verir ki, klubun məşq bazasında keçirilən məşqdən sonra 40 yaşlı mütəxəssisin halı qəfil pisləşib.

Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisədən əvvəl məşq bazasına xilasetmə helikopterinin də endiyi bildirilib.

Qeyd edək ki, Vensan Kompani ötən həftə virus infeksiyasına yoluxub. Səhhətində yaranan problemlər səbəbindən belçikalı mütəxəssis son günlər bəzi tədbirlərdə və məşqlərdə iştirak edə bilməyib.

Baş məşqçinin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026