• Bakı 16° C

    1.95 m/s

Pezeşkian Putinlə görüşəcək

DÜNYA

24 Oktyabr 2026 | 00:31 | Müəllif: Subhan Mahmudov

Pezeşkian Putinlə görüşəcək

"Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdim və ikitərəfli münasibətlərdəki son inkişafları, əsas regional və beynəlxalq məsələləri ətraflı müzakirə etdik". 

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

"Müzakirə mövzularına siyasi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, birgə müqavilələrin həyata keçirilməsi və İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi daxil idi.

Həmçinin ortaq maraqların qorunması və regional sülh və sabitliyin gücləndirilməsi üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğuladıq.

Bu müzakirələr və məsləhətləşmələr gələn həftə Moskvada iki ölkə prezidentlərinin iştirakı ilə davam edəcək", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026