• Bakı 17° C

    4.03 m/s

Süni intellekt həkimləri üstələdi

DÜNYA

24 Oktyabr 2026 | 09:26 | Müəllif: Subhan Mahmudov

Süni intellekt həkimləri üstələdi

“Microsoft” şirkətinin hazırladığı süni intellekt əsaslı tibbi diaqnostika sistemi sınaqlarda həkimlərdən 2,3 dəfə daha dəqiq nəticələr göstərib. Tədqiqat real xəstələr üzərində deyil, əvvəlki tibbi hallar əsasında aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin məlumatına görə, “MAI-DxO” adlı sistemin imkanları “The New England Journal of Medicine” jurnalında dərc olunmuş 304 mürəkkəb tibbi hal üzərində yoxlanılıb.

Nəticələr göstərib ki, süni intellekt açıq mənbələrdən, o cümlədən, kitablardan və internetdən istifadə edən həkimlərlə müqayisədə təxminən 2,3 dəfə daha yüksək diaqnostik dəqiqliyə nail olub. Xarici mənbələrə müraciət etmədən diaqnoz qoyan həkimlərlə müqayisədə isə sistemin nəticələri 3,7 dəfə daha uğurlu olub.

Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib. Bununla belə, araşdırmanın simulyasiya şəraitində, əvvəlki tibbi məlumatlar əsasında aparılması nəticələrin real klinik şəraitdə eyni dərəcədə uğurlu olacağına zəmanət vermir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026