• Bakı 16° C

    2.61 m/s

1000-ə 18 qaldı

İDMAN

23 Oktyabr 2026 | 20:40 | Müəllif: Subhan Mahmudov

1000-ə 18 qaldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo, Səudiyyə Peşəkar Liqasının 10-cu turu çərçivəsində “Əl-Faysali”yə qarşı keçirilən oyunda karyerasının 982-ci qolunu vurub.

Bakıvaxtı.az xəbər verir ki, hücumçu 49-cu dəqiqədə həmyerlisi Joau Feliksin ötürməsindən sonra fərqlənib.

Onun vurduğu qol “Əl-Nəsr”in səfərdə 3:1 hesablı qələbə qazanmasına kömək edib.

10 turdan sonra Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” 25 xalla Səudiyyə liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR