• Bakı 17° C

    3.93 m/s

Orbanın qızı ölkəsindən QAÇDI

DÜNYA

24 Oktyabr 2026 | 00:43 | Müəllif: Subhan Mahmudov

Orbanın qızı ölkəsindən QAÇDI

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qızı Reyçel əri İstvan Tiborç və uşaqları ilə birlikdə Londona köçüb və Macarıstandakı əmlaklarını satmağa başlayıb,

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "VSquare" portalı bildirib.

Məlumata görə, ailə Kovent Qardendə məskunlaşıb və uşaqlar artıq Britaniyadakı özəl məktəblərdə oxuyurlar. Portalın mənbələrinə görə, cütlük Macarıstanda mümkün qədər az aktiv saxlamaq niyyətindədir.

Bildirilir ki, Orbanın 16 illik hakimiyyəti dövründə onların biznes imperiyası əhəmiyyətli dərəcədə böyüyüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026