• Bakı 16° C

    3.55 m/s

“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı

CƏMİYYƏT

23 Oktyabr 2026 | 23:36 | Müəllif: Subhan Mahmudov

“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişafa davam edəcəyinə inandığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Dövlət Bağçalı ilə görüşünə dair səfirliyin "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində sərgilədiyi prinsipial mövqeyə və verdiyi dəstəyə görə təşəkkürü Dövlət Bağçalıya çatdırılıb.

Görüşdə MHP sədrinin türk dünyasının birlik və bərabərliyinin gücləndirilməsinə yönəlmiş səylərinin Azərbaycanda böyük rəğbətlə qarşılandığını vurğulanıb.

"Dövlət Bağçalı Prezident İlham Əliyevin göstərdiyi yaxın diqqətə və təşəkkürlərinə görə minnətdarlığını ifadə edərək ona səmimi salamlarının çatdırılmasını xahiş etdi və hər zaman Azərbaycanın yanında olduğunu vurğuladı. Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını, ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişafa davam edəcəyinə inamını bildirdi", - paylaşımda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026