• Bakı 15° C

    2.25 m/s

"Banu"nun Günelinin ölüm xəbəri yayıldı: Özü təkzib etdi

CƏMİYYƏT

24 Oktyabr 2026 | 21:24 | Müəllif: Günəş Mərd

"Banu"nun Günelinin ölüm xəbəri yayıldı: Özü təkzib etdi

Sosial şəbəkələrdə "Banu" Günel adı ilə tanınan aparıcı Günel Həsənzadənin ölüm xəbəri yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, onun Londonda müalicə aldığı xəstəxanada vəfat etdiyi iddia olunub.

Aparıcı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib və izləyicilərini narahat olmamağa çağırıb.

“Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur”, – deyə o bildirib. 

Yayılan məlumatlarda onun uzun müddət Almaniyada müalicə aldığı, daha sonra müalicəsini davam etdirmək üçün Londona yollandığı da qeyd edilib.

Xatırladaq ki, Günel Həsənzadə bir vaxtlar “Space TV”də yayımlanan “Banu” verilişi ilə tanınır. Televiziya ekranlarından uzaqlaşan aparıcının ailə həyatı ilə əlaqədar 2023-cü ildə Türkiyəyə köçdüyü bildirilir. 

Mahir Axund 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026