• Bakı 18° C

    4.03 m/s

Zaqatalada oğurluq edən şəxs tutuldu

HADİSƏ

24 Oktyabr 2026 | 10:04 | Müəllif: Subhan Mahmudov

Zaqatalada oğurluq edən şəxs tutuldu

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026