• Bakı 19° C

    2.13 m/s

Yunanıstanda azyaşlı uşaqlara sosial media qadağan olundu

DÜNYA

23 Oktyabr 2026 | 15:49 | Müəllif: Gülşən Şərif

Yunanıstanda azyaşlı uşaqlara sosial media qadağan olundu

Yunanıstan 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edən qanun qəbul edib.

Bakıvaxtı.az "BelTA"ya istiandən xəbər verir ki, qanun layihəsi parlamentin plenar iclasında təsdiqlənib.

Məlumata görə, yetkinlik yaşına çatmayanların sağlamlıq və təhlükəsizlik riskləri ilə bağlı artan narahatlıqlar səbəbindən qəbul edilən qanun 1 yanvar 2027-ci ildə qüvvəyə minəcək.

Yunanıstan hakimiyyəti sosial mediadan istifadənin yuxu pozğunluqları, diqqəti cəmləməkdə çətinlik və əqli sağlamlığa mənfi təsirləri kimi fəsadları azaltmağı hədəfləyir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR