• Bakı 16° C

    2.86 m/s

Kənan Kərimzadə Səmərqənddə keçirilən qlobal sammitdə iştirak edib

CƏMİYYƏT

23 Oktyabr 2026 | 15:02 | Müəllif: Əli Hüseynov

Kənan Kərimzadə Səmərqənddə keçirilən qlobal sammitdə iştirak edib

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Özbəkistanda keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, sammit oktyabrın 21–22-də Səmərqənd şəhərində baş tutub.

Tədbir çərçivəsində Kənan Kərimzadə “Keyfiyyətli və ömürboyu öyrənmənin təməli kimi erkən təhsilə investisiya” və “Süni intellektə hazırlıqdan məsuliyyətli tətbiqə” mövzularına həsr olunan sessiyalarda məruzələrlə çıxış edib, panel müzakirələrinə qatılıb.

Nazir müavini erkən təhsil sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər, məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni maliyyələşmə mexanizmlərinin tətbiqi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

O, özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsini bölüşərək erkən təhsilə investisiyanın insan kapitalının inkişafı və uşaqlar üçün bərabər imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb.

Süni intellektin təhsildə tətbiqinə həsr olunan müzakirələrdə isə Azərbaycanın rəqəmsal təhsil sahəsində təcrübəsi təqdim edilib. Kənan Kərimzadə süni intellektdən məsuliyyətli istifadənin təmin olunması üçün rəqəmsal infrastrukturun gücləndirilməsinin, müəllimlərin bacarıqlarının inkişaf etdirilməsinin və effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasının vacibliyini qeyd edib. O, həmçinin uşaqların fərdi məlumatlarının qorunmasının və süni intellektin təlim nəticələrinə təsirinin qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Sammit çərçivəsində nazir müavini Özbəkistanın Baş nazirinin birinci müavini, təhsil və elm naziri Erkinjon Turdimov, Qırğızıstanın maarif naziri Dögdürkül Kəndirbayeva və Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini Şahnoza Mirziyoyeva ilə görüşüb.

Görüşlərdə Azərbaycan, Özbəkistan və Qırğızıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Kənan Kərimzadə Səmərqənddə keçirilən qlobal sammitdə iştirak edibKənan Kərimzadə Səmərqənddə keçirilən qlobal sammitdə iştirak edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026