• Bakı 16° C

    2.64 m/s

Fermer məhsulunu bazara çıxarmaqda niyə çətinlik çəkir? - SƏBƏB

SİYASƏT

23 Oktyabr 2026 | 13:04 | Müəllif: Günəş Mərd

Fermer məhsulunu bazara çıxarmaqda niyə çətinlik çəkir? - SƏBƏB

“Niyə biz ölkəmizdə aqrar təsərrüfata kəndin özündən ayrı baxırıq?”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda məşğul əhalinin 31,4 faizi, yəni 1 milyon 782 min nəfəri kənd təsərrüfatında çalışır. Bununla belə, sahənin ölkə iqtisadiyyatındakı payı cəmi 5,9 faiz təşkil edir. Onun sözlərinə görə, aqrar sektorun inkişafı torpaqların istehsal potensialından daha səmərəli istifadəni və kəndlərin sosial-iqtisadi inkişafını əhatə etməlidir.

O, aqrar sahəyə dair qanunvericiliyin beynəlxalq təcrübə ilə müqayisəsinə toxunaraq, bəzi ölkələrdə kənd təsərrüfatının inkişafının yerli ərazilərin sosial-iqtisadi inkişafı ilə əlaqəli şəkildə nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Zahid Oruc Prezident İlham Əliyevin kənd təsərrüfatına dair müşavirədə səsləndirdiyi fikirləri xatırladaraq, istehsal dinamikasının zəifləməsi və aqrar sahədə durğunluq məsələlərinə diqqət çəkib. O, kəndlərə qayıdışın təşviqinin də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

Çıxışda Azərbaycanın torpaq ehtiyatları barədə də məlumat verilib. Bildirilib ki, ölkənin ümumi torpaq fondu 8,64 milyon hektardır. Bunun 4,8 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır, əkin sahələri isə 1,8 milyon hektar təşkil edir.

Deputatın sözlərinə görə, zəngin aqrar ənənələrə və dövlət dəstəyinə baxmayaraq, torpaqların istehsal potensialından tam istifadə olunmur. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə suvarma sistemlərinin genişləndirilməsi, texnikanın yenilənməsi, emal sənayesinin inkişafı və kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində görülən işləri xatırladıb. Həmin dövrdə kənd təsərrüfatı istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Hazırda aqrar sahədə əsas problemlər sırasında suvarma sistemlərinin qurulması və yenilənməsi, fermerlərin suya çıxış imkanları, texnika və aqrar xidmətlərdən səmərəli istifadə, eləcə də məhsulların bazara çıxarılması ilə bağlı çətinliklər göstərilib. Z.Oruc qeyd edib ki, fermerlər məhsullarını bazara çıxararkən çətinliklərlə üzləşir, iri ticarət şəbəkələrinin şərtləri isə onların fəaliyyətinə təsir edir.

O, subsidiya və dövlət dəstəyi mexanizmlərinin qiymətləndirilməsi zamanı yalnız istehsal göstəricilərinin deyil, təsərrüfatların gəlirlərinin, yaradılan iş yerlərinin, su sərfinin və su itkilərinin də nəzərə alınmasını təklif edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026