• Bakı 16° C

    2.61 m/s

Köçəryanın həbs müddəti daha iki ay uzadıldı

DÜNYA

23 Oktyabr 2026 | 21:33 | Müəllif: Subhan Mahmudov

Köçəryanın həbs müddəti daha iki ay uzadıldı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib.

Vəsatətlə çıxış edən prokuror bildirib ki, Köçəryan azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqın gedişinə mane ola bilər.

Hakim vəsatəti qəbul edib.

Qeyd edək ki, məhkəmə bundan əvvəl Robert Köçəryanın oğlu Sedrak Köçəryanın da həbs müddətini iki ay uzadıb.

Xatırladaq ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb.

Avqustun 27-də məhkəmənin qərarı ilə sabiq prezident barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR