• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putinin problemləri başlayır, müharibəni bitirəcək

DÜNYA

22 Noyabr 2026 | 18:07 | Müəllif: Zeynəb Rzayeva

Putinin problemləri başlayır, müharibəni bitirəcək

2027-ci ildə Ukraynada hərbi əməliyyatlar dayanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib.

“Qərb ölkələri Rusiyaya təzyiqi artırarsa, bu, ilin ortalarına, mövcud vəziyyət davam edərsə, ilin sonuna qədər baş verə bilər. Hətta indiki şəraitdə belə, hesab edirəm ki, gələn ilin sonuna qədər Putin müharibəni bitirmək istəyəcək. O, ciddi problemlərlə üzləşməyə başlayır. Hazırda maliyyə vəziyyəti nisbətən sabit olsa da, artan iqtisadi çətinliklər ilin sonuna doğru maliyyə böhranına gətirib çıxaracaq. Nəticədə, Putinin müharibəni maliyyələşdirmək imkanları xeyli azalacaq", - Kasyanov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026