• Bakı 16° C

    2.51 m/s

Qazinin qətlə yetirilməsinin təfərrüatları açıqlandı

HADİSƏ

23 Oktyabr 2026 | 22:42 | Müəllif: Subhan Mahmudov

Qazinin qətlə yetirilməsinin təfərrüatları açıqlandı

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.

Bakıvaxtı.az Oxu.Az-a istinadla xəbər verir ki, toy məclisindən çıxan Şərif Nərimanov, Elmin və Rahib Əminov qardaşları ilə Vüqar Şirinzadə arasında mübahisə baş verib.

Mübahisə zamanı Vüqar Şirinzadə hər üç şəxsi bıçaqlayıb. Xəsarət alan şəxslərdən Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 33 yaşlı qazi Rahib Əminov Vətən müharibəsi iştirakçısı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026