• Bakı 15° C

    1.74 m/s

"Çelsi" "Tottenhem"ə uduzub

İDMAN

24 Oktyabr 2026 | 23:20 | Müəllif: Günəş Mərd

"Çelsi" "Tottenhem"ə uduzub

"Tottenhem" İngiltərə Premyer Liqasının (İPL) səkkizinci turu çərçivəsində London derbisində "Çelsi"ni məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, "Stemford Bric"dəki görüş 2:0 hesabı ilə başa çatıb.

77-ci dəqiqədə "Çelsi"nin qapıçısı Mayk Penders öz qapısına qol vurub. Künc zərbəsindən sonra belçikalının topu yumruğu ilə uzaqlaşdırmağı uğursuz olub. 80-ci dəqiqədə "Çelsi"nin ingiltərəli yarımmüdafiəçisi Koul Palmer ikinci sarı vərəqəni aldıqdan sonra meydandan kənarlaşdırılıb. Yekun hesabı "Tottenhem"in fransalı hücumçusu Matis Tel müəyyənləşdirib.

"Tottenhem" İngiltərə çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Ötən turda komanda öz meydanında "Koventri"ni məğlub edib (3:1). Turnirin cari mövsümündə "Tottenhem"in aktivində başqa qələbə yoxdur. Klub 9 xalla turnir cədvəlində 12-ci yeri tutur.

"Çelsi" İngiltərə çempionatında üçüncü məğlubiyyətini alıb. Komanda 13 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Mövsümlərarası fasilədə "Çelsi"yə ispaniyalı Xabi Alonso rəhbərlik etməyə başlayıb.

Növbəti turda "Çelsi" oktyabrın 31-də "Mançester Yunayted"i qəbul edəcək. "Tottenhem" isə həmin gün evdə "Kristal Pelas"a qarşı oynayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026