• Bakı 16° C

    2.51 m/s

Mask Ukrayna ordusuna internet məhdudiyyəti qoyub

DÜNYA

24 Oktyabr 2026 | 23:50 | Müəllif: Günəş Mərd

Mask Ukrayna ordusuna internet məhdudiyyəti qoyub

“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, Mask bu barədə öz “X” hesabında məlumat verib.

    O, paylaşımında Ukrayna ordusunun “Starlink” xidmətindən istifadə qaydalarını pozduğunu iddia edib. Mask iddia edib ki, Ukrayna ordusu hücum dronlarını idarə etmək üçün Starlinkdən istifadə edir və bu da ölümcül hücumlarla nəticələnir. İş adamı bu imkanın ötən həftə söndürüldüyünü bildirib.

    “Bu boşluq ötən həftə aradan qaldırılıb”, – o əlavə edib.

    Qeyd edək ki, Ukrayna oktyabrın 24-də Starlink və onun hərbi versiyası olan “Starshield” sistemlərinin fəaliyyətinin məhdudiyyətlərdən əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Oktyabr 2026