• Bakı 18° C

    4.03 m/s

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

SİYASƏT

24 Oktyabr 2026 | 10:17 | Müəllif: Subhan Mahmudov

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.

"BMT Günü münasibətilə Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.

Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.

Birləşmiş Millətlər Günü mübarək!"- paylaşımda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026