İtaliyanın cənubunda, Siciliya adasında seysmik təkanlar qeydə alınmaqda davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Ansa.it” saytı məlumat yayıb.
Sonuncu zəlzələnin maqnitudası 5,5 olub, episentri isə Eol adalarının şimal-qərbində, Tirren dənizinin cənub hissəsində yerləşib.
Milli Geofizika və Vulkanologiya İnstitutunun Zəlzələlər Departamentinin direktoru, seysmoloq Salvatore Stramondonun sözlərinə görə, bir həftə ərzində adanın sahilləri yaxınlığında 60 zəlzələ qeydə alınıb. Təkcə cümə günü həmin ərazidə 15 zəlzələ baş verib.
















