• Bakı 17° C

    2.25 m/s

Qazaxda TIR YANDI

HADİSƏ

23 Oktyabr 2026 | 18:24 | Müəllif: Subhan Mahmudov

Qazaxda TIR YANDI

Qazaxda yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki 1994-cü il təvəllüdlü N.Mehdiyev idarə etdiyi TIR markalı yük avtomobili ilə hərəkətdə olan zaman avtomobil anidən alışıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yük avtomobilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR