• Bakı 17° C

    4.03 m/s

Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı

DÜNYA

24 Oktyabr 2026 | 09:29 | Müəllif: Subhan Mahmudov

Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı

Hörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, boğazın cənub marşrutu ilə hərəkət edən iki supertanker müəyyən edilmiş qaydaları pozaraq keçid etməyə çalışıb. Nəticədə gəmilər dəniz minalarına düşüb və partlayış baş verib.

Məlumata görə, hadisədən sonra hər iki tankerin ekipaj üzvləri gəmiləri tərk ediblər.

Tankerlərin ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıdığı qeyd olunub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və dənizə neft sızmasının baş verib-vermədiyi barədə hələlik məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026