• Bakı 17° C

    1.89 m/s

Messi karyerasının ən böyük uğurunu açıqlayıb

İDMAN

23 Oktyabr 2026 | 17:04 | Müəllif: Əli Hüseynov

Messi karyerasının ən böyük uğurunu açıqlayıb

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi 2022-ci ildə dünya çempionluğunu qazanmağın futbolçu karyerasının ən yüksək nöqtəsi olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Messi dünya çempionatında qazandığı qələbənin onun üçün sadəcə arzu deyil, bundan daha böyük məna daşıdığını vurğulayıb:

"Dünya çempionluğunu qazanmaq karyeramın zirvəsidir. Bu mənim üçün sadəcə arzudan daha böyük bir şey idi. Fransa yığmasına qarşı finalda vurduğum qollar karyeramın ən vacib qolları oldu. Çünki onların mənası, əlbəttə ki, oyunun əhəmiyyəti ilə bağlı idi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR