Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatı ilə 667,1 min sərnişin və 10,9 min ton yük daşınıb.
Naxçıvanın Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,1 % və 5,8 % çoxdur.
9 ayda muxtar respublikada daşınan sərnişinlərin 1,8 %-i hava nəqliyyatının payına düşüb. Yük daşımalarında isə hava nəqliyyatının payı isə 0,2 % təşkil edib.
















