• Bakı 18° C

    2.44 m/s

Ermənistanın sülh bəyanatları praktiki addımlarla müşayiət olunmalıdır - Deputat

SİYASƏT

23 Oktyabr 2026 | 11:16 | Müəllif: Əli Hüseynov

Ermənistanın sülh bəyanatları praktiki addımlarla müşayiət olunmalıdır - Deputat

“Sülh ciddi məsələdir, hansısa siyasi kampaniyanın mövzusu deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatları konkret addımlarla müşayiət olunmalıdır. Onun sözlərinə görə, sülh prosesini daxili siyasi təqvimə uyğunlaşdırmaq və müxtəlif bəhanələrlə uzatmaq cəhdləri nəticə verməyəcək.

Kamal Cəfərov qeyd edib ki, Azərbaycan sülh təşəbbüsünü irəli sürən tərəf olub və ölkənin ərazi bütövlüyü ilə suverenliyi təmin edilib. O, bu prosesdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.

Deputat Ermənistan rəhbərliyini geosiyasi maraqlara əsaslanan yanaşmadan əl çəkməyə çağırıb. Bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində hüquqi addımlar atılmalı, Zəngəzur dəhlizi ilə bağlı məsələlərə də aydınlıq gətirilməlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026