• Bakı 18° C

    2.44 m/s

Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb

CƏMİYYƏT

23 Oktyabr 2026 | 10:49 | Müəllif: Əli Hüseynov

Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb

Ötən ay Azərbaycandan Gürcüstana 2,86 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə pul köçürmələrinin həcmində 15,72% azalma qeydə alınıb.

    Sentyabrda Azərbaycanın Gürcüstana daxil olan pul köçürmələrindəki payı 1% təşkil edib.

    Gürcüstandan Azərbaycana isə 7,06 milyon ABŞ dolları məbləğində pul göndərilib ki, bu da illik nisbətdə 9,29% çoxdur.

    Hesabat ayında xaricdən Gürcüstana ümumilikdə 285,77 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub, Gürcüstandan xaricə isə 36,9 milyon ABŞ dolları göndərilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Oktyabr 2026